Dizayn
V
qrupuna aid
olan və xüsusi qabiliyyət tələb edən bu ixtisas üzrə mütəxəssis hazırlığı Azərbaycan
Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan
Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində, Bakı Mühəndislik Universitetində, Qərbi Kaspi Universitetində,
Odlar Yurdu Universitetində və Azərbaycan Texnologiya Universitetində aparılır.
Dizaynın bütün fəaliyyət sahələrində
özünəməxsus yeri var. Dizayn sözü ingiliscə layihələndirmək və həmin layihəni
kağız üzərində təsvir etmək mənasını verir. Yaradıcılıq qabiliyyətləri ilə
seçilən, yeni ideyalar irəli sürən və yeni fikirlər yaradan ixtisas sahibləri
insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışırlar.
Dizayn poliqrafiya, interyer, reklam və s. əşyanın və ya mühitin bədii
layihələndirilməsi işlərini özündə ehtiva edir.
İxtisasın sıx şəkildə bağlı olduğu
sahələrdən biri də memarlıqdır. Memarlıq mühitinin dizaynı – binaların, tikililərin,
obyektlərin dizayn baxımından formalaşdırılması deməkdir.
Formalaşması baxımından tarixi çox qədim
zamanlara gedib çıxan dizayn məqsədyönümlü olmasa da insanların yaşadığı bütün
məkanlarda özünü göstərib.
İxtisas üzrə təhsil alan tələbələr
AutoCAD, ArchiCAD, 3DSMax və s. proqramları öyrənirlər.
Bu ixtisas sahibləri verilən
sifarişləri uyğun olaraq dizayn etmək, obyektlərin daxili və xarici dizaynını təşkil
etmək, eskizlərin hazırlanması, mebel və interyer dizaynları və s. işlərlə məşğul
olurlar.
Web dizayner, memar-dizayner, interyer
dizayneri, poliqraf dizayn və başqa bu kimi sahələrdə işləyə bilən ixtisas
sahiblərinin rəssamlıq, yaradıcılıq, bədii-estetik zövqə, rəng duyumuna sahib
olmaları lazımdır.
Gələcəyi çox parlaq olan dizayn ixtisası üzrə yeni sahələrin yaranması qaçılmazdır. Dizayn üzrə mütəxəssislər şəhər mühitində reklam dizaynı, memarlıq mühitinin dizaynı, bağ-park quruculuğu dizaynı, habelə memarlıq və lahiyələndirmə üzrə dövlət və özəl müəssisələrində, peşəsi ilə əlaqəli olan digər dövlət və qeyri-dövlət müəssisələrində işləyə bilərlər.

Comments
Post a Comment