Peşə təhsilinin önəmi
İnsanlar daima aid olduqları cəmiyyətdə hər hansı bir peşəyə sahib olaraq müəyyən status qazanmaq istəyirlər. Bu proses adətən təhsil vasitəsilə həyata keçirilə bilər. Ona görə də insanın müəyyən səviyyədə təhsilə sahib olması şərtdir. Çünki o, aldığı təhsil səviyyəsindən asılı olaraq təkcə özünə deyil, həm də ətrafına, cəmiyyətə fayda verə bilər. Elm və texnologiyanın sürətli inkişafı sənaye müəssisələrində yüksək ixtisaslı kadr ehtiyacına tələbatı artırır. Əmək bazarının bu ehtiyacı peşə təhsilinin inkişafını hər gün daha da zəruri edir. Peşə təhsilinin əsas məqsədlərindən biri sənaye müəssisələrinin ehtiyac duyduğu işçi qüvvəsinin qısa zamanda təcrübə mühitində hazırlanmasıdır. Peşə təhsili müəyyən peşələri öyrənməkdə və karyera qurmağa imkan verəcək bacarıqlar qazandıran təhsil formasıdır. Bütün təhsil pillələrinin ümumi məqsədi insanı gələcəyə hazırlamaq, öyrənmə mühitini təmin etmək, bilik və bacarıqları, həmçinin arzu olunan məqsədlərə çatmağı təmin etməkdir. Fərdlərin...