Bu gün təhsillə bağlı dünyamızda müxtəlif proqramlar, metodlar və yanaşmalar mövcuddur. Onlardan biri də Waldorf metodudur. Hansı ki, təməlində sosial statusundan, irqindən, cinsindən asılı olmayaraq bütün uşaqların birgə təhsil alması və hərtərəfli inkişafını təmin etmək durur. Əsası təxminən 100 il öncə, 1919-cu ildə Almaniyada Birinci Dünya müharibəsindən sonra Rudolf Steiner tərəfindən qoyulub. Bu gün 60-dan çox ölkədə, minlərlə məktəbdə tətbiq olunan bu metodun yaradıcısı Avstryalı filosof, sosial islahatçı olan Rudolf Steiner inanırdı ki, şagird mərkəzli bu sistem yenicə müharibədən çıxmış, böhran vəziyyətində olan Almaniya üçün fərqli bir gələcəyin təməli olacaq. Rudolf Steiner təhsilin sosial struktura, cəmiyyətin inkişafına təsirini araşdıraraq, onun fəlsəfəsinə xüsusi maraq göstərirdi. Steiner-in araşdırmalardan gəldiyi qənaət bu idi ki, şagird mərkəzli, uşaqların inkişafını təmin edən bir sistem qurulmalıdır. O şagirdin mərkəzdə, müəllimin isə bələdçi olduğu bir ...