Posts

Showing posts from January, 2023

Dizayn

Image
                      V qrupuna aid olan və xüsusi qabiliyyət tələb edən bu ixtisas üzrə mütəxəssis hazırlığı Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Mühəndislik Universitetində, Qərbi Kaspi Universitetində, Odlar Yurdu Universitetində və Azərbaycan Texnologiya Universitetində aparılır.             Dizaynın bütün fəaliyyət sahələrində özünəməxsus yeri var. Dizayn sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etmək mənasını verir. Yaradıcılıq qabiliyyətləri ilə seçilən, yeni ideyalar irəli sürən və yeni fikirlər yaradan ixtisas sahibləri insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışırlar. Dizayn poliqrafiya, interyer, reklam və s. əşyanın və ya mühitin bədii layihələ...

Peşə seçimi

Image
           Müasir dövrün insanı texnoloji inkişafdan, sənayenin, elmin müxtəlif sahələrində olan yeniliklərdən geri qalmamaq üçün daim öz üzərində işləməli yeni biliklər əldə etməlidir. Çünki yeni biliklərə yiyələnən insan həmişə dövrün tələbinə cavab verəcək, gələcəyin qurucusu olacaq. Ölkəmizin elm sahəsində öz sözünü demiş görkəmli alimlərindən olan Azad Mirzəcanzadəyə görə “Müasir dövr, əhatəli ixtisaslaşma – geniş dünyagörüşü və istədiyin vaxt başqası ilə əvəz edilə biləcək ixtisas qazanmaq bacarığı tələb edir.” Yaşadığımız dünyada gedən inkişaf prosesi, peşələrin çoxluğu bizi bu istiqamətdə doğru seçim etməkdə suallarla qarşı-qarşıya qoyur. Məktəbi bitirən gənclər ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verdikdə ixtisas seçmək kimi önəmli bir proseslə qarşı-qarşıya qalırlar və müxtəlif meyarlara əsasən seçim etməli olurlar. Bəziləri ailələrinin istəklərinə uyğun, bəziləri gələcəyin prestijli peşələrinə əsasən, bəziləri isə ən çox gəlir gə...