Hekayə oxumağın faydaları
Hekayə oxumaq, danışmaq bütün dövrlərdə və mədəniyyətlərdə özünəməxsus yeri olan bir ənənədir. Hekayə danışmaq uşaqlarda fərqli bacarıqların və keyfiyyətlərin inkişafına səbəb olur. Hekayə oxumağın müxtəlif faydaları var. Belə ki, dünyanın hər yerində uşaqlar hekayə dinləməyi çox sevirlər. Onlar sevimli qəhrəmanları haqqında çox bilmək istəyirlər. Həmçinin onları təqlid etməyə çalışırlar. Uşaqlara müxtəlif məzmunlu hekayələr oxumaqla, oxutmaqla nəzakət, cəsarət, dürüstlük və s. xüsusiyyətləri kiçik yaşdan aşılamaq olar. Hekayə oxumağın müsbət təsirləri var. Belə ki, uşaqlarda öz keçmişləri və mədəniyyətləri haqda məlumat almaq imkanı yaradır. Övladlarımıza öz keçmişləri haqqında hekayələr oxumaq onlara öz dəyərlərini aşılamağa kömək edir. Həmçinin hekayə oxumaq uşaqlarda şifahi nitq bacarıqlarını, söz ehtiyatını inkişaf etdirməyə kömək edir. Hekayə oxumaq, dinləmək uşaqlarda sözlərin düzgün tələffüzünü də formalaşdırır. Həmçinin hekayə oxumaq dinləmə bacarıqlarının da inkişafına k...